7-ci dəfə ölkəsinin ən yaxşısı elan olundu

Avstriyada 2020-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.
 
Newsport.az xəbər verir ki, “Bavariya”nın müdafiəçisi David Alaba ilin ən yaxşısı elan olunub.
 
Bu barədə Avstriya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Alaba karyerası ərzində 7-ci dəfə Avstriyanın ən yaxşı futbolçusu elan olunur. O, 2011-2016-cı illər aralığında da ardıcıl olaraq ilin ən yaxşısı seçilmişdi. 28 yaşlı oyunçu bu baxımdan ölkəsinin rekordçusudur.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right