"Bavariya"da noyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Newsport.az xəbər verir ki, klubun saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, Kinqsli Koman ötən ayın ən yaxşısı seçilib. Noyabrda 5 oyunda 3 qol vuran, 2 qolun ötürməsini verən fransalı yarımmüdafiəçi 42 faiz səs toplayıb.
İlk 5-liyə Tomas Müller, Manuel Noyer (hər ikisi 21 faiz), Jamal Musiala (7 faiz) və Robert Levandovski (4 faiz) daxil olub.