Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu tura start verilib.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə E, F, G və H qruplarında 8 matçdan 7-i başa çatıb.
F qrupunda İtaliya "Latsio"su ilə Belçika "Brügge"si Almaniyanın "Borussiya" (Dortmund) komandasından sonra 1/8 finala növbəti vəsiqənin sahibini müəyyənləşdirmək üçün üz-üzə gəlib. Matç 2:2 hesabı ilə başa çatıb. Bu nəticə "Latsio"ya növbəti mərhələyə yüksəlmək üçün bəs edib.
G qrupunda İtaliyanın "Yuventus" klubu İspaniyada "Barselona" ilə liderlik oyununa çıxıb. 3:0 hesabı ilə qalib gələn Turin təmsilçisi qrupunu 1-ci pillədə tamamlayıb. Digər matçda Macarıstan "Ferentsvaroş"u Ukraynada "Dinamo" (Kiyev) klubu ilə qarşılaşıb. Bu görüşün nəticəsi ilə Avropa Liqasına yollanacaq komandanın adına aydınlıq gətirib. 1:0 hesabı ilə qalib gələn "Dinamo" Avroliqaya vəsiqə qazanıb.
Gecənin ən maraqla gözlənilən oyunlarından biri Almaniyada olub. H qrupunda yerli "Leyptsiq" İngiltərə təmsilçisi "Mançester Yunayted"lə münasibətlərinə aydınlıq gətirib. 3:2 hesabı ilə qalib gələn Almaniya təmsilçisi 1/8 finala yüksəlib. Qrupun digər matçında isə heç bir iddiası qalmayan Türkiyə "Başakşəhər"i Fransada PSJ ilə qarşılaşıb. Ancaq dördüncü hakimin Türkiyə təmsilçisinin məşqçisi Pyer Veboya irqçi ifadə işlətməsi səbəbindən matç yarımçıq dayandırılıb və daha sonra görüşün dekabrın 9-da başqa hakimlərlə davam etdirilməsinə qərar verilib. Ancaq bu oyunun nəticəsindən asılı olmayaraq, PSJ növbəti mərhələyə vəsiqəni təmin edib.
8 dekabr
Çempionlar Liqası, qrup mərhələsi, 6-cı tur
E qrupu
00:00. "Renn" (Fransa) - "Sevilya" (İspaniya) - 1:3
Qollar: Kunde, 32 (0:1), Ən-Nəsiri, 45 (0:2), 81 (0:3), Rutter, 86 (1:3)
00:00. "Çelsi" (İngiltərə) - "Krasnodar" (Rusiya) - 1:1
Qollar: Kabella, 24 (0:1), Jorjinyo, 28 pen. (1:1)
F qrupu
21:55. "Latsio" (İtaliya) - "Brügge" (Belçika) - 2:2
Qollar: Korrea, 12 (1:0), Vormer, 15 (1:1), İmmobile, 27 (2:1), Vanaken, 76 (2:2)
21:55. "Zenit" (Rusiya) - "Borussiya" (Dortmund, Almaniya) - 1:2
Qollar: Driussi, 16 (1:0), Pizkek, 68 (1:1), Uitsel, 78 (1:2)
G qrupu
00:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Ferentsvaroş" (Macarıstan) - 1:0
00:00. "Barselona" (İspaniya) - "Yuventus" (İtaliya) - 0:3
Qollar: Ronaldo, 13 pen (0:1), MakKenni, 20 (0:2), Ronaldo, 52 pen. (0:3)
H qrupu
00:00. PSJ (Fransa) - "Başakşəhər" (Türkiyə) (təxirə salınıb)
00:00. "Leyptsiq" (Almaniya) - "Mançester Yunayted" (İngiltərə) - 3:2
Qollar: Ancelino, 2 (1:0), Haidara, 13 (2:0), Kluivert, 69 (3:0), Fernandeş, 80 (3:1), Poqba, 82 (3:2)