İtaliyanın “Fiorentina” klubunun koronavirusa yoluxan baş məşqçisi Çezare Prandelli sağalıb.
Newsport.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Mütəxəssisin son koronavirus testi neqativ nəticələnib. O, bu gündən etibarən komandaya qayıda bilər.
63 yaşlı mütxəssis bir neçə gün əvvəl koronavirusa yoluxmuşdu.