Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulub.
Newsport.az-ın məlumatına görə, ikinci oyun günündə 4 qrupda 8 qarşılaşma keçirilib.
F qrupunda Dortmund "Borussiya"sı evdə "Latsio" ilə 1:1 hesablı heç-heçə edib. "Zenit" qəbul edən "Brügge" isə böyük hesabla qalib gəlib - 3:0. Xallarının 10-a çatdıran "Borussiya" son turun nəticəsindən asılı olmayaraq 1/8 finala vəsiqəni təmin edib.
Digər qruplarda "Çelsi" "Sevilya"nı 4:0, "Barselona" "Ferensvaroş"u 3:0, PSJ "Mançester Yunayted"i 3:1, "Yuventus" "Dinamo"nu 3:0 hesabıyla məğlub edib.
Türkiyənin turnirdəki yeganə təmsilçisi "Başakşəhər" isə evdə "Leyptsiq"ə uduzub - 3:4.
Beləliklə qrup mərhələsinin 5-ci turunda sonra 1/8 finala yüksələn 9 komanda bəllidir. Bunlar “Çelsi”, “Sevilya”, “Barselona”, “Yuventus”, “Bavariya”, “Mançester Siti”, “Liverpul”, “Porto” və Dortmund "Borussiya"sıdır.
2 dekabr
Çempionlar Liqası, qrup mərhələsi, 5-ci tur
E qrupu
21:55."Krasnodar" (Rusiya) - "Renn" (Fransa) - 1:0
Qol: Markus Berq, 71
00:00."Sevilya" (İspaniya) - "Çelsi" (İngiltərə) - 0:4
Qollar: Olivier Jeru, 8 (0:1), 54 (0:2), 74 (0:3), 83 pen. (0:4)
F qrupu
00:00. "Brügge" (Belçika) - "Zenit" (Rusiya) - 3:0
Qollar: Karles de Ketelari, 33 (1:0), Hans Vanaken, 58 pen. (2:0). Noa Lanq, 73 (3:0)
00:00. "Borussiya" (Dortmun, Almaniya) - "Latsio" (İtaliya) - 1:1
Qollar: Rafael Qeryero, 44 (1:0), Çiro İmmobile 67 (1:1)
G qrupu
00:00. "Yuventus" (İtaliya) - "Dinamo" (Kiyev, Ukrayna) - 3:0
Qollar: Federiko Kesa, 21 (1:0). Kriştiano Ronaldo, 57 (2:0), Alvaro Morata, 66 (3:0)
00:00. "Fenertsvaroş" (Macarıstan) - "Barselona" (İspaniya) - 0:3
Qollar: Antuan Qrizmann, 14 (0:1), Martin Braytuayt, 21 (0:2), Usman Dembele, 28 pen. (0:3)
H qrupu
21:55. "Başakşəhər" (Türkiyə) - "Leyptsiq" (Almaniya) - 3:4
Qollar: Yusuf Pulsen, 26 (0:1), Nordi Makyali, 43 (0:2), İrfan Kahveci, 45 (1:2). Daniel Olmo, 66 (1:3), İrfan Kahvci, 72 (2:3), 85 (3:3), Aeksandr Soerlos, 90 (3:4)
00:00. "Mançester Yunayted" (İngiltərə) - PSJ (Fransa) - 1:3
Qollar: Neymar, 6 (0:1), Markus Reşford, 32 (1:1), Markinos, 69 (1:2), Neymar, 90 (1:3)