"Qarabağ"ın rəqibində növbəti yoluxma

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Silvasspor"da koronavirusa yoluxanların sayı artıb.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, son olaraq daha 1 futbolçu və işçidə koronavirus aşkarlanıb. Onların karantinə alındığı və müalicələrinə başlanıldığı bildirilib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə təmsilçisində 5 futbolçunun koronavirusa yoluxduğu açıqlanmışdı.

Xatırladaq ki, noyabrın 26-da İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq  "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right