İki aydan sonra baş məşqçi qovuldu

Türkiyənin "Ankaragücü" klubu baş məşqçisi Fuat Çapa ilə yollarını ayırıb.

Newsport.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Superliqanın 9-cu turunda səfərdə "Göztepe"yə 1:3 hesablı məğlubiyyətdən sonra klub rəhbərliyi bu qərarı verib.

Qeyd edək ki, Fuat Çapa "Ankaragücü"yə bu il sentyabrın əvvəlində baş məşqçi təyin edilmişdi. Komanda hazırda 7 oyundan sonra 2 xalla sonuncu - 21-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right