Almaniya 2-ci Bundesliqasında 8-ci turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Aue” bu gün “Darmştadt”ı qəbul edib.
Görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matça ehtiyatdan başlayan Nazarov 90+1-ci dəqiqədə meydana daxil olub və cəmi 2 dəqiqə sonra qol vuraraq oyunda son nöqtəni qoyub.
Qeyd edək ki, xallarının sayını 12-yə çatdıran “Aue” turnir cədvəlində 7-ci pilləyə yüksəlib.