“Qarabağ”ın rəqibində koronavirus şoku: 4 yoluxma

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Türkiyənin “Sivasspor” klubunda koronavirusa yoluxanların sayı 4-ə çatıb.
 
Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, virusa yoluxanlardan ikisi əsas heyət üzvüdür. Virusa yoluxanların adları açıqlanmayıb. 
 
Sivas təmsilçisi sabah Türkiyə Super Liqasının 8-ci tur matçında "Fatih Karagümrük" klubunun qonağı olacaq.
 
Avropa Liqasının qrup mərhələsinin növbəti turunda İstanbuldakı “Başakşəhər” stadionunda keçiriləcək “Qarabağ” – “Sivasspor” oyunu noyabrın 26-da oynanılacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right