Xedira "Yuventus"u tərk edir

“Yuventus”un futbolçusu Sami Xedira qış transfer pəncərəsində klubu tərk etməyə yaxındır.

Newsport.az-ın məlumatına görə, baş məşqçi Andrea Pirlo 33 yaşlı yarımüdafiəçini komandasında saxlamağı düşünmür.

Bu mövsüm almaniyalı oyunçu Turin təmsilçisinin heyətində heç bir matça çıxmayıb. Bu səbəbdən Xedira özü də klubdan ayrılmaq niyyətindədir.

Qeyd edək ki, Xedira ötən mövsüm “Yuventus”la 18 oyunda iştirak edərək, 1 qolun ötürməsini vermişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right