İspaniya millisinin və “Real”ın futbolçusu Serxio Ramos zədələnib.
Newsport.az-ın məlumatına görə, 34 yaşlı müdafiəçi Millətlər Liqasının 6-cı turunda Almaniya ilə hazırda davam edən matçın 43-cü dəqiqəsində bud nahiyəsindən xəsarət alıb. Futbolçu oyun davam edə bilməyib və Erik Qarsiya ilə əvələnib.
Qeyd edək ki, ikinci hissəsi davam edən qarşılaşmada İspaniya yığması Almaniyaya 4:0 hesablı darmadağınla qalib gəlir.