"Yuventus" futbolçusu Kriştiano Ronaldonu satmaq istəyir.
Newsport.az-ın məlumatına görə , bu barədə sport.es saytı yazıb. Bildirilib ki, klub 35 yaşlı hücumçu ilə müqaviləni yeniləmək fikrində deyil və onu sözləşmənin bitməsindən bir il əvvəl - gələn yay satışa çıxarmağı planlaşdırır. Xəbərdə Turin təmsilçisinin koronavirus pandemiyası səbəbindən portuqaliyalı oyunçuya illik 31 milyon avro maaş ödəməkdə çətinlik çəkdiyi vurğulayıb.
"Yuventus"un 2018-ci Ronaldonun transferi üçün "Real"a ödədiyi 100 milyon avronun bir hissəsini onu sataraq geri almağa çalışacağı iddia olunur.
Qeyd edək ki, Ronaldo bu mövsüm A seriyasında 4 matçda 6 qol vurub, 1 qolun ötürməsii verib. Hücumçunun "Yuventus" la müqaviləsi 2022-ci ilin yayında başa çatır. Transfermarkt, Portuqaliya millisinin üzvünün dəyərini 60 milyon avro olaraq qiymətləndirir.