Millimizin rəqibi Portuqaliya və İtaliya ilə qarşılaşmaqdan imtina etdi

Millətlər Liqasının Azərbaycanla eyni qrupda yer alan Lüksemburq yığması Portuqaliya və İtaliya ilə yoldaşlıq oyunu keçirməkdən imtina edib.

Newsport.az-ın məlumatına görə, bunu komandanın baş məşqçisi Lük Holts keçirdiyi mətbuat konfransında deyib.

Holts yerli federasiyanın Portuqaliya və İtaliyanın müraciətinə müsbət cavab verməməsinin səbəbini belə izah edib: "Bu komandalara qarşı boş tribunalarda oynamaq bütün ölkəni məyus edərdi. Daha əlverişli rəqibə üstünlük verildi".

Qeyd edək ki, Lüksemburq millisi noyabrın 11-də evdə Avstriya ilə yoldaşlıq görüşü keçirəcək. Komanda noyabrın 14-də səfərdə Kiprlə, noyabrın 17-də isə evdə Azərbaycan yığması ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right