Lukakunun durumuna aydınlıq gəldi

"İnter"İn zədəli futbolçusu Romelu Lukakunun durumuna aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Şaxtyor"la oyunda (0:0) zədələnən belçikalı hücumçunun Madrid "Real"ı ilə görüşdə də meydana çıxmayacağı dəqiqləşib.

27 yaşlı hücumçu sol baldır əzələsindən xəsarət aldığı üçün A Seriyasında VI turun "Parma" ilə oyununda (2:2) da iştirak etməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right