Türkiyə Super Liqasında 6-cı turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sivasspor” da növbəti matçına çıxıb. Sivas təmsilçisi doğma meydanda “Rizəspor”la qarşılaşıb.və rəqibinə iki cavabsız qolla məğlub olub.
Qeyd edək ki, “Qarabağ” İ qrupunda birgə qərarlaşdığı “Sivasspor”la ilk oyununu noyabrın 5-də səfərdə, cavab matçını isə həmin ayın 26-da Bakıda keçirəcək.