Türkiyə I Liqasında VI turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Araz Abdullayevin formasını geyindiyi “Boluspor” səfərdə “Balıkəsirspor”la heç-heçə edib – 0:0.
Araz bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
6 turdan sonra hesabında 2 xal olan “Boluspor” 18 komanda arasında 17-cidi.