Super Liqa oyunu təxirə salındı

Türkiyə Super Liqasının VI turunda keçirilməli olan "Ankaragücü" - "Hatayspor" matçı təxirə salınıb.

Newsport.az-ın məlumatına görə, buna səbəb qonaq komandanın heyətində koronavirusa yoluxanların çoxluğudu. Türkiyə Futbol Federasiyasından verilən açıqlamada bildirilib ki, COVID-19 testi məndi çıxan futbolçuların sayı matçların keçirilməsi ilə əlaqədar təlimatda göstərilən saydan aşağı olduğundan matçın keçirilməsi mümkün deyil.

Qarşılaşmanın nə zaman baş tutacağı barədə məlumat yoxdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right