Türkiyə millisinin və "Lester"in müdafiəçisi Çağlar Söyüncü uzun müddət yaşıl meydanlardan kənar qalacaq.
Newsport.az-ın məlumatına görə, bu barədə Premyer Liqa klubunun baş məşqçisi Brendan Rocers məlumat verib. O, 24 yaşlı mərkəz müdafiəçisinin təxminən 3 ay oynamayacağını söyləyib.
Çağlar Türkiyə millisinin heyətində olarkən məşq zamanı zədələnib. Bu səbəbdən o, yığmanın 2 matçını və "Lester"in Premyer Liqada "Aston Villa"ya qarşı dünənki oyununu buraxıb.