"Yuventus" heyətinə yeni futbolçu qatıb.
Newsport.az-ın məlumatına görə, Turin klunu "Udinese"dən Rolando Mandraqoranı transfer edib. "Yuventus" 2025-ci ilin yayınadək müqavilə imzaladığı futbolçu üçün qarşı tərəfə 10 milyon 700 min avro ödəyib.
Müqaviləyə əsasən, 23 yaşlı yarımmüdafiəçi cari mövsümün sonunadək icarə əsasında Udinese-də oynayacaq.
Mandraqora "Udineze"yə 2018-ci ildə məhz "Yuventus"dan transfer olunub. O, geridə qalan mövsüm A Seriyasında 26 matça çıxaraq, 2 qolun ötürməsini verib.