Braziliyanın "Korintians" klubunun 8 azarkeşi öldürülüb.
Newsport.az-ın məlumatına görə, hadisə Sau-Paulu şəhərində baş verib.
İki silahlı şəxs tərəfindən növbəti oyun üçün banner hazırlayan "Pavilhao Nove" adlı azarkeş qrupunun ofisinə basqın edilib.
Nəticədə 8 azarkeş güllələnərək öldürülüb.
Qeyd edək ki, matçdan öncə baş verən hadisə Braziliya Futbol Federasiyası tərəfindən laqeyidliklə qarşlanıb. Belə ki, həmin gün keçirilməli olan "Korintians" - "Palmeyras" matçı baş tutub.