"Fənərbağça" növbəti transferini açıqlayıb.
İstanbul təmsilçisi "Trabzonspor"la müqaviləsi başa çatan Xose Sosanı heyətinə qatıb. Məlumatı klubun saytı yayıb. Argentinalı yarımmüdafiəçi "sarı-lacıvərdli" klubla iki illik sözləşmə bağlayıb.
Sosanın illik maaşı 1,5 milyon avro olacaq. O, "Fənərbağça"dan 1,5 milyon avro imza pulu alıb.
35 yaşlı futbolçu ötən mövsüm keçirdiyi 42 oyunda 10 qol vurub, 12 məhsuldar ötürmə edib. "Estudyantes"in yetirməsi "Bayern" (Münhen), "Napoli", "Metallist" (Xarkov), "Atletiko" (Madrid), "Beşiktaş", "Milan" kimi klublarda oynayıb.