"Lion" türk futbolçu aldı

Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanan “Lion” heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Fransa təmsilçisi Türkiyənin 1-ci liqasında mübarizə aparan “Altay”ın oyunçusu Cenk Özkacarı transfer edib. 19 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Liqa 1 klubu türkiyəli futbolçuya görə “Altay”a 1 milyon 500 min avro ödəyib. Bundan əlavə, müqavilənin şərtlərinə görə, C.Özkacar hər hansı bir kluba keçəcəyi təqdirdə transfer haqqının 1/10-i “Altay”ın payına düşəcək.

Qeyd edək ki, C.Özkacar 21 yaşadək futbolçulardan ibarət Türkiyə millisinin də üzvüdür.

Xatırladaq ki, “Lion” bu gün Çempionlar Liqasının yarımfinalında “Bavariya” ilə qarşılaşacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right