"Milan" yarımmüdafiəçisi Hakan Çalhanoğlunun müqaviləsini uzatmağa hazırlaşır.
Newsport.az-ıın məlumatına görə, "qırmızı-qaralar" türkiyəli futbolçuya 4 illik müqavilə təklif edib. 26 yaşlı oyunçu təklifi qəbul etsə, illik 3,5 milyon avro maaş alacaq.
Hakan bu mövsüm 36 oyunda 10 qol vurub, 8 assist edib.