Şehiçdən uğurlu mövsüm Ən az qol buraxan qapıçı oldu

"Qarabağ"ın sabiq qapıçısı, hazırda "Erzurumspor"da oynayan İbrahim Şehiç cari mövsüm Türkiyə birinci liqasında ən az qol buraxan qapıçı olub.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bosniyalı qolkiper birinci liqada bütün 34 matçda 90 dəqiqə meydanda olub və cəmi 26 qol buraxıb. Bununla da, o, komandasının Türkiyə Superliqasına vəsiqə qazanmasında böyük rol oynayıb.

Qeyd edək ki, "Erzurumspor" 1-ci liqanı 62 xalla 2-ci pillədə tamamlayıb və elitaya yüksəlib.

Xatırladaq ki, Şehiç 2013-18-ci illərdə “Qarabağ”da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right