"Başakşəhər" Türkiyə çempionu oldu!

Türkiyə Super Liqasında 2019/20 mövsümünün qalibi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, 33-cü turda evdə "Kayserispor"u 1:0 hesabı ilə məğlub edən "Başakşəhər" çempionluğu rəsmiləşdirib.

İstanbul təmsilçisi sona 1 tur qalmış ən yaxın izləyicisi "Trabzonspor"u 7 xal qabaqlayır. Okan Burukun çalışdırdığı komanda tarixində ilk dəfə ölkə çempionu olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right