İngiltərənin "Mançester Yunayted" klubu daha bir transferini rəsmiləşdirib.
Newsport.az saytının məlumatına görə, "Qırmızı Şeytanlar" argentinalı futbolçu Di Mariyanı transfer edib. Klubun rəsmi saytında yayılan xəbərə görə, Mançester təmsilçisi yarımmüdafiəçi ilə 5 illik rəsmi müqavilə imzalayıb. "Mançester Yunayted" bu transfer üçün "Real"a 75 milyon avro məbləğində pul ödəyib.
Qeyd edək ki, bu transfer İngiltərə tarixinin ən bahalı keçidi kimi tarixə keçib.