“Leyptsiq”də yeni müqavilə

Almaniyanın “Leyptsiq” klubu müdafiəçisi ilə yeni müqavilə imzalayıb.

Newsport.az xəbər verir ki, Bundesliqa təmsilçisi Lukas Klostermannla müqavilənin müddətini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumatda, 23 yaşlı futbolçu ilə 2024-cü ilin yayınadək nəzərdə tutulan yeni müqavilənin imzalandığı bildirilib.

Alman futbolçu 2014-cü ildən “Leyptsiq”in şərəfini qoruyur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right