Meksika Futbol Federasiyasının sabiq baş katibi Gullermo Kantu milli komandanın başına Yurgen Kloppu gətirmək istədiklərini açıqlayıb. Newsport.az xəbər verir ki, o, 2015-ci ildə almaniyalı mütəxəssislə təmasa keçdiklərini bildirib.
Federasiyanın sabiq rəsmisi Kloppla çalışmaq istəsələr də, onun bunu qəbul etmədiyini vurğulayıb. O bildirib ki, təcrübəli çalışdırıcı İngiltərədə işləmək istədiyi üçün Meksikaya gəlməkdən imtina edib.
Qeyd edək ki, Klopp 2015-ci ildən “Liverpul”un baş məşqçisidir.