Bundesliqanın bərpa tarixi açıqlandı

Almaniya Bundesliqasında bu mövsümün bərpa tarixi müəyyənləşib.

Newsport.az "Reuters"ə istinadən xəbər verir ki, futbol matçlarının mayın 15-i bərpasına qərar verulib. Bu qərarın sabah Almaniya hökumətinin iclasında rəsmi olaraq elan ediləcəyi bildirilib. Matçların koronavirusun yayılmasının qarşısını almaq üçün boş tribunalar önündə keçiriləcəyi vurğulanıb.

Qeyd edək ki, Almaniya çempionatı martda koronavirus səbəbindən təxirə salınıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right