"İnter" də məşqləri bərpa edir

Milan "İnter"i futbolçularının bu gündən fərdi məşqlərə başlayacağını açıqlayıb.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, oyunçular “Appiano-Djentile”də məşq mərkəzindən istifadə edəcəklər. Kompleksin tibbi və texniki korpuslarından başqa mərkəzin bütün qalan yerləri idmançıların təhlükəsizliyinin təmin olunması üçün bağlı qalacaq. 

Qeyd edək ki, bundan əvvəl "Sassuolo" və "Roma" mayın 4-dən, "Bolonya" isə 5-dən məşqləri bərpa edəcəyini açıqlayıb.

Əlavə edək ki, İtaliyada  mayın 4-dən futbolçuların fərdi, 18-dən isə qrup şəklində məşq etməsinə icazə verilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right