Stramaççoni milliyə gəlir?

İtaliya “İnter”inin sabiq baş məşqçisi Andrea Stramaççoni İran millisini çalışdıra bilər.

Newsport.az “Tehran Times”ə istinadən xəbər verir ki, İran Futbol Federasiyası italiyalı mütəxəssislə danışıqlara başlayıb. O, bu vəzifədə xorvatiyalı Draqan Skoçiçi əvəzləyə bilər.

Qeyd edək ki, “Udineze”, “Panatinaikos”, “Sparta” (Praqa) kimi klbuları da çalışdırmış Stramaççoni son olaraq İranın “İstiqlal” klununun baş məşqçisi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right