"Mançester Siti"nin hücumçusu Serxio Aquero Lionel Messi barəsində danışıb. Newsport.az xəbər verir ki, o, həmyerlisinin milli komandada tənqid olunmasını düzgün hesab etməyib:
“İstənilən komanda həyatınızı çətinləşdirir. Milli komandada məğlub olduqdan sonra çox kədərlənirik. Dizimdə problem olmasına baxmayaraq, 2022-ci il dünya çempionatında oynaya bilərəm. Ancaq indi bütün düşüncələrimiz yalnız Amerika kubokuna cəmləşib.
Messi ilə 2005-ci ildən bəri bir yerdəyik. Milli komandada oynadığına görə onu tənqid edənləri başa düşmürəm. O, hər zaman birincidir və həmişə ən yaxşısını etməyə çalışır”.