"Bavariya" Müllerlə yeni müqavilə imzaladı

"Bavariya" futbolçusu Tomas Müllerlə yeni müqavilə imzalayıb.

Newsport.az klubun saytına istinadən xəbər verir ki,  30 yaşlı hücumçu ilə müqavilənin müddəti 2023-cü ilin iyununa kimi uzadılıb.

Qeyd edək ki,  Münhen təmsilçisinin yetirməsi olan Müller 2007-ci ildən əsas komandada oynayır. O, bu mövsüm 25 oyunda 6 qol vurub, 16 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right