"Milan" Asmir Beqoviçi göndərir

“Milan” Asmir Beqoviçlə mövsüm sonu yolları ayırır. Newsport.az xəbər verir ki, bu barədə “Gazzetta dello Sport” nəşri məlumat yayıb.

Bildirilir ki, İtaliya təmsilçisi 32 yaşlı qolkiperi “Borntmut”dan almayacaq. Klub rəhbərliyinin qışda belə bir fikri olsa da, hazırda bosniyalı oyunçunu göndərməyi düşünür. Beqoviç müqavilə ilə İngiltərə klubuna məxsusdur. Təcrübəli qapıçı A seriyasında 2 matç keçirib.

Qeyd ki, bosniyalı oyunçu mövsümün ilk yarısında icarə əsasında “Qarabağ”da çıxış edib.         





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right