Almaniya II Bundesliqasında XXIV turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” doğma meydanda “Hamburq”a qalib gəlib – 3:0.
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib. Mövsümdə 8 qola imza atan futbolçu bu dəfə fərqlənə bilməyib.
24 turdan sonra 34 xalı olan “Ersgebirge” 18 komanda arasında 7-cidi.