"Atalanta" Simon Kyaerdən imtina etdi

"Atalanta" yayda "Sevilya"dan icarəyə götürdüyü Simon Kyaerlə yolları ayırmağa qərar verib.

Newsport.az-ın məlumatına görə, danimarkalı futbolçu ilə A Seriyasının digər təmsilçisi "Sampdoriya" maraqlanır. Klaudio Ranyerinin çalışdırdığı klubun rəsmiləri tezliklə futbolçunun agenti ilə görüşəcək. Müdafiə xəttini gücləndirmək istəyən italiyalı mütəxəssis Kyaerin transferini rəhbərlikdən tələb edib.

30 yaşlı stopper bu mövsüm Berqamo təmsilçisində 6 oyun keçirib. Kyaeri heyətdə düşünməyən "Sevilya" onunla yolları ayırmaq fikrindədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right