PSJ rəhbərliyi komandaya Çempionlar Liqasında mərhələ adlayacaqları halda fantastik mükafat vəd edib.
Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi 1/8 final mərhələsində "Çelsi"ni keçə bilsə, futbolçular 250 min avro qazanacaqlar.
Növbəti mərhələlərin mükafat dəyəri daha yüksəkdi. PSJ yarımfinala çıxsa, 450 min, finala qalsa, 700 min, ÇL-in qalibi olarsa isə 1 milyon avro futbolçulara paylanacaq. Bu isə ümumilikdə 2,4 milyon avro deməkdi.