Yunanıstanın PAOK klubunun vingeri, "Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike karyerasını Türkiyədə davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, braziliyalı oyunçu karyerasını Super Liqa təmsilçisi "Kayserispor"da davam etdirəcək. Klub saytının məlumatına görə, 29 yaşlı futbolçu ilə 3 illik müqaviləs imzalanıb. Bu keçid üçün PAOK-a 650 min avro təzminat ödənilib.
Pedro ötən mövsümü PAOK və "Astana"da keçirib və 20 oyuna 6 qol vurub, 1 assist edib.
PAOK Enrikeni 2017/18 mövsümündə "Qarabağ"a icarəyə vermişdi. Pedro "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində vurduğu ilk qolun müəllifi olub. O, "Roma" ilə Bakı Olimpiya Stadionunda keçirilmiş matçda (1:2) fərqlənmişdi.
