"Zenit"lə müqaviləsi başa çatan rusiyalı qapıçı Yuri Lodıqinin yeni klubu müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, 29 yaşlı əlcək sahibi karyerasını Türkiyədə davam etdirəcək. Lodıqin yeni mövsümdən Super Liqada çıxış edəcək "Qazişehir"ə transfer olub. Klub saytı təcrübəli qolkiperlə 2 illik müqavilə imzalandığını açıqlayıb.
Rusiya millisinin üzvü 2013-cü ildən "Zenit"də çıxış edirdi.