La Liqanın dünən keçirilən 24-cü turunda öz meydanında “Malaqa”ya uduzan (0:1) “Barselona” 42 illik fasilədən sonrakı uğursuzluğunu təkrarlayıb.
Newsport.az-ın məlumatına görə, Kataloniya təmsilçisi bu mövsüm “Malaqa”ya iki dövrədəki oyunun heç birində qalib gələ bilməyib.
Bu iki komandalar arasındakı belə uğursuzluqla “Barselona” son dəfə 1972/73 mövsümündə üzləşib.
Qeyd edək ki, dünənki matçdan sonra Kataloniya klubunun bu mövsüm bütün turnirlərdəki matçlar daxil 11 oyunluq qələbə seriyasına son qoyulub. Luis Enrikenin komandası bunadək son dəfə yanvarın 4-də “Real Sosyedad”a uduzmuşdu.