Özbəkistanın kapitanı: "Azərbaycanda oynamaq istəmirəm" AÇIQLAMA

"Bərabər səviyyəli oyun keçdi. Havanın isti olması oyunumuza təsir etdi. İsti havada oynamq çox çətin idi".

Newsport.az saytına açıqlamasında bu sözləri Özbəkistan milli komandasının kapiyanı İslom Tuxtaxujayev deyib.

Təcrübəli futbolçu 2016-ci Avropa Çempionatının seçmə mərhələsində millimizə uğurlar arzulayıb:

"Arzu edirəm ki, Azərbaycan milli komandası 2016-ci il Avropa çempionatına vəsiqə qazansın. Milli komandanız çox güclü və texnikalı komandadır. Gələcək oyunlarda onlara uğurlar arzulayıram".

Tuxtaxujayev həmçinin Azərbaycan çempionatında çıxış etmək istəmədiyini də bildirib:

"Hazırda öz ölkəmin "Lokomotiv" klubunda çıxış edirəm. Hələ ki, Azərbaycan Premyer Liqasında çıxış etmək istəmirəm. Bunu ancaq müqaviləm bitəndən sonra düşünə bilərəm"





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right