Klub prezidentindən Mino Rayolaya sərt sözlər

"Nitsa"dan ayrılan Mario Balotellinin yeni klubu bəlli deyil.

Newsport.az-ın məlumatına görə, azad agent statusu daşıyan forvardla "Marsel" danışıqlar aparsa da, razılığa gələ bilmir. Klub prezidenti Jak-Henri Erayud bu transferin reallaşmamasında Balotellini və onun agenti Mino Rayolanı günahkar görüb: "Balotellinin əvəzinə iki ulduz futbolçu ala bilərik. Rayola elə şərlət qoyur ki, geri çəkilirik. Öz mənafeyini güdən şəxsdir. Bu transferin reallaşmamasında Rayola və Balotelli günahkardır. Rayola bir futbolçu üçün iki ulduzun şərtlərini tələb edir".

Qeyd edək ki, İtaliya millisinin üzvü ötən mövsüm 38 oyuna 26 qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right