21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Renat Dadaşovun yeni klubunun adına aydınlıq gəlmək üzrədi.
Newsport.az-ın məlumatına görə, gənc hücumçu karyerasını Portuqaliyada davam etdirəcək.
Əldə etdiyimiz məlumata görə, o, klubla danışıqlarını yekunlaşdırmaq üçün ötən gün Portuqaliyaya üz tutub. Əgər son anda hansısa problem yaranmasa, Renat "Eştoril"lə münasibətlərini rəsmiləşdirəcək.
Perspektivli forvardın Portuqaliya II liqasında çıxış edən klubla 2 və ya 3 illik müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Renat Dadaşov Almaniyanın "Ayntraxt" klubunda çıxış edirdi. O, baş məşqçi və komanda yoldaşı ilə mübahisə etdiyi üçün Frankfurt klubundan uzaqlaşdırılıb.