İnyestanın yeni klubu rəsmən bəlli oldu

"Barselona"dan ayrılacan Andres İnyestanın yeni klubu məlum olub.

Newsport.az-ın məlumatına görə, Çinə gedəcəyi gözlənilən 33 yaşlı yarımmüdafiəçi fərqli qərar verib. O, karyerasını Yaponiyada davam etdirəcək. İspaniya millisinin üzvü "Vissel Kobe" klubu ilə razılıq əldə edib. İnyesta Yaponiya klubu ilə 3 illik müqavilə üçün anlaşıb. Onun illik qazancı 25 milyon avro olacaq. Bu transferdə "Barselona"nın titul sponsoru olan "Rakuten" şirkətinin baş direktoru Hiroşi Mikitaninin rolu böyük olub. İspania millisinin üzvü müqavilə imzalamaq üçün Yaponiyaya üz tutub.

Qeyd edək ki, "Vissel Kobe"də Almaniya millisinin sabiq futbolçusu Lukas Podolski də çıxış edir.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right