"Borussiya"nın (Dortmund) yeni baş məşqçisi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, Fransanın "Nitsa" klubundan ayrılan Lüsyen Favr Almaniya təmsilçisinin sükanı arxasına keçib.
Dortmund "Borusiyya"sı bu mövsüm Almaniya çempionatında dördüncü yeri tutub. İsveçrəli mütəxəssislə 2020-ci ilə qədər yeni müqavilə imzalanıb. Favr bu postda Tomas Tuxeli əvəzləyəcək.