Nazarovun komandası 2-ci Bundesliqada qaldı

Almaniya 2-ci Bundesliqasının düşmə qrupunda cavab pley-off oyunu keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu, mövsümü 16-cı pillədə başa vuran “Aue” öz meydanında 3-cü Bundesliqanı 3-cü pillədə tamamlayan “Karlsrue” ilə qarşılaşıb.

Matç Nazarovun komandasının 3:1 hesablı qələbəsi ilə nəticələnib. Dmitri sabiq komandasına qarşı oyunda 71-ci dəqiqədə meydana çıxıb.

Komandalar arasında keçilən ilk matçda hesab açılmadığından, iki qarşılaşmanın nəticəsinə görə, “Ersgebirge” gələn mövsüm üçün 2-ci Bundesliqadakı yerini təmin edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right