Azərbaycan milli komandasının sabiq üzvü Rail Məlikovun formasını geyindiyi "Dənizlispor” klubunun "Tarsus İdman Yurdu” ilə dünən keçirdiyi yoldaşlıq oyunu yarımçıq dayandırılıb.
Newsport.az saytının məlumatına görə, qarşılaşmanın 84-cü dəqiqəsində, hesab 2:2 olarkən "Dənizlispor"un baş məşqçisi Özcan Bizati komandanı meydançadan çıxarıb.
Buna səbəb isə rəqib komandanın oyunçularının çox kobud oynaması olub.