Məşhur futbolçu intihar etdi

Çexiyalı keçmiş futbolçu Pavel Perql intihar edib.

Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, Praqa “Sparta”sının sabiq üzvü yaşadığı Almaniyanın Maqdeburq şəhərində həyatına qəsd edib. 41 yaşında həyatına son qoyan Perqlın bir neçə ay öncə qızı dünyaya gəlmişdi.

Qeyd edək ki, karyerası ərzində “Sparta”dan başqa, AEK, “Dinamo” (Drezden), “Hapoel” (Beer-Şeva) kimi komandalarda da çıxış etmiş keçmiş müdafiəçi, ötən il futbolçu karyerasını bitirmişdi.

 

 

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right