Futbol üzrə Almaniyanın Şimal-Şərq Regional Liqasında 30-cu turun oyunları baş tutub.
Newsport.az xəbər verir ki, millimizin sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) doğma meydanda “Herta II” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb. (0-2)
Cari mövsümdə vurduğu 25 qolla komandasının ən məhsuldar futbolçusu olan Rüfət zədəli olduğu üçün bu oyunun da iştirakçısı olmayıb.
Qeyd edək ki, "Dinamo" hazırda 53 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.