İsveç millisinin baş məşqçisi Yanne Anderson Zatan İbrahimoviçin komandaya geri dönəcəyi haqda dolaşan xəbərlərə aydınlıq gətirib.
Newsport.az-ın məlumatına görə, təcrübəli çalışdırıcı Zlatan İbrahimoviçin milliyə geri dönüşünün mümkün olduğunu bildirib:
"Zlatanla aramızda heç bir söhbət olmayıb. O , milli komandanın planlarına daxil deyil. Eyni sözlər digər futbolçulara da aiddir. Lakin irəlidə nə olacağı haqda heç bir söz demək olmaz. ".
Qeyd edək ki, DÇ-2018-də İsveç millisinin rəqibləri Almaniya, Cənubi Koreya və Meksika komandalarıdır.